AZ

"Barselona" qapıçısını 3 klubdan birinə satmağa hazırlaşır - ADLAR

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.

Xəbərə görə, 33 yaşlı qolkiperin xidmətində "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin əsas heyət uğrunda rəqabətdə gənc "çərçivə" qoruyucusu Joan Qarsiyaya uduzan almaniyalı futbolçunu satmaq variantını nəzərdən keçirdiyini vurğulayıb.

Xatırladaq ki, ter Ştegen 2014-cü ildən "blauqrana"nın uğurları üçün çalışır. O vaxtdan bəri İspaniya nəhənginin forması ilə 422 matça çıxan qapıçı 6 dəfə La Liqanın, 6 dəfə ölkə kubokunun və Çempionlar Liqasının(2014/15) qalibi olub.

Nihat

Seçilən
25
1
fanat.az

2Mənbələr