Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə hazırlaşır. Orban Türkdilli Dövlətlər Təşkilatının 6-7 oktyabr tarixlərində keçiriləcək on ikinci sammitində iştirak edəcək.
Bu barədə Macarıstanın Baş nazirinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Açıqlamada Macarıstan hökumətinin başçısının səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcəyi də qeyd edilib.
Hürr Tərcüman