AZ

III MDB Oyunları: Qırğızıstan çövkən yığması bürünc medal qazandı

BAKI, 6 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə üçüncü yer uğrunda matç baş tutub.

Teleqraf xəbər verir ki, Qırğızıstan millisi Qazaxıstana qalib gələrək (2:0) bürünc medal qazanıb.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.

Seçilən
32
3
teleqraf.com

10Mənbələr