Bakı. Trend:
3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilənmövsümün son Dünya kubokunda gimnastlarımız Tofiq Əliyev 29.200xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalınsahibi olublar.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumatverilib.
Bildirilib ki, həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığınəticələr və sonuncu Dünya kubokunu birinciliklə başa vurduğu üçünDünya kuboku seriyalarının qalibi olub.