Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.