ain.az bildirir, Unikal.az portalına istinadən.
Şəmkirdə hadisə yerindən qaçan sürücü tapılıb.
"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Ford ” markalı yük avtomobilin sürücüsü, Hacıqabul rayon sakini olan 48 yaşlı B.Babayev saxlanılıb.
Xatırladaq ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində baş verib.Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D.Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun müəyən olunması istiqamətinə polis əməkdaşları axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.