AZ

Piyadanı vurub qaçan sürücü saxlanılıb

Şəmkirdə hadisə yerindən qaçan sürücü tapılıb.

Operativ Media-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Ford ” markalı yük avtomobilin sürücüsü, Hacıqabul rayon sakini olan 48 yaşlı B.Babayev  saxlanılıb.

Xatırladaq ki, hadisə bu gün  Bakı-Qazax avtomagistralının rayonun Seyfəli kəndi  ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D.Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Seçilən
10
8
operativmedia.az

10Mənbələr