BAKI, 5 oktyabr. TELEQRAF
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti “terror üçün” nəzərdə tutulduğu iddia edilən külli miqdarda silah və partlayıcı maddələr aşkar edib.
Teleqraf xəbər verir ki, məlumata görə, təxribatçılar Tbilisidə prezident iqamətgahını ələ keçirmək üçün silah və partlayıcı maddələr əldə ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətindəki mənbə silahların Ukraynada fəaliyyət göstərən silahlı qruplaşmalardan birinin nümayəndəsinin göstərişi ilə alındığını vurğulayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində təxribat planını həyata keçirmək üçün Tbilisinin mərkəzinə silah və partlayıcı maddələrin daşınmasına cavabdeh olan şəxslər saxlanılıb.