AZ

Bolqarıstanda ralli avtomobili azarkeşlərə çırpılıb: Ölən və yaralananlar var

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bolqarıstanın Varna şəhəri ətrafında keçirilən ralli yarışında idman avtomobili bir qrup tamaşaçıya çırpılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 60 yaşlı azarkeş həlak olub, səkkiz nəfər yaralanıb.

Qeyd olunur ki, ölənlərin sayı arta bilər.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil stasionar maneəni aşaraq tamaşaçılara çırpılıb.

Hadisədən sonra 34 avtomobilin iştirak etdiyi yarış dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
oxu.az

3Mənbələr