AZ

Münhen hava limanında dron təhlükəsinə qarşı lazer sistemi yerləşdirilib

BAKI, 5 oktyabr. TELEQRAF

Münhen hava limanında dron təhlükəsinin qarşısını almaq məqsədilə uçuş-enmə zolağında lazer qurğusu yerləşdirilib.

Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, bu sistem dronların məsafəsini müəyyən etməyə və onları zərərsizləşdirməyə imkan verəcək.

Bundesverin operativ komandanlığı təsdiqləyib ki, onun bölmələri dronlara qarşı mübarizə kampaniyasında iştirak edir və Bavariya Daxili İşlər Nazirliyinə dəstək göstərir. “Bild”in məlumatına görə, hava limanı yaxınlığında aşkarlanan dronlar hərbi mənşəlidir.

Hazırda həmin dronların kim tərəfindən buraxıldığı ilə bağlı araşdırma Terrorizm və Ekstremizmə qarşı Mərkəzi İdarə tərəfindən aparılır.

Məlumata görə, hava limanında gecikmə və reyslərin ləğvi halında sərnişinlərin rahatlığı üçün 3000 çarpayı və şişmə döşəklər hazırlanıb. Son iki gecə ərzində dron təhlükəsi səbəbindən hava limanında təxminən 10 min sərnişin yubanıb, yalnız cümə günündən şənbəyə keçən gecə 81 reys ləğv olunub.

Qeyd edək ki, daha əvvəl də Münhen hava limanında naməlum pilotsuz uçuş aparatları səbəbindən əməliyyatlar dayandırılmış, minlərlə sərnişin hava limanında gecələməyə məcbur qalmışdı.

Seçilən
20
teleqraf.com

1Mənbələr