AZ

Çində qasırğa - 144 min insan təxliyə edilir

Çinin cənubundakı Haynan əyalətində “Matmo” tayfunu səbəbindən 144 min nəfərin təxliyə edilməsi barədə qərar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Xinhua“ agentliyinin məlumat yayıb.

 

Məlumata görə, onlardan 114 min nəfər artıq təhlükəsiz ərazilərə köçürülüb.

 

Qeyd edək ki, əvvəlcə yerli meteorologiya idarəsi bildirmişdi ki, tropik siklon Haynanın şimal-şərqindən 60 km məsafədən keçib. Proqnozlara əsasən, “Matmo” yaxın zamanda qonşu Quandun əyalətinin Süyven şəhəri yaxınlığında sahilə çatacaq, daha sonra Tonkin körfəzinə daxil olaraq zəifləyəcək. Tayfunun sahilə çıxacağı anda küləyin sürətinin 42–48 m/s olacağı gözlənilir.

Seçilən
35
6
modern.az

10Mənbələr