AZ

“Sinqapur Qran-Prisinin polunu qazanmaq möhtəşəmdir”

“Mercedes” pilotu Corc Rassell Sinqapur Qran-Prisində pol mövqeyini təmin etməsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 27 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

“Pol mövqedə olmaq möhtəşəmdir. Dünənki gün müxtəlif səbəblərdən bizim üçün çətin keçdi, ona görə də belə nəticə əldə etmək çox xoşdur. Sabah fiziki baxımdan çətin yarış gözləyir, amma maşının potensialının olduğunu bilirdim. Bundan əlavə, Kimi [Antonelli] bütün həftəsonu əla çıxış edir. Dünənki işi sayəsində çox şeyi başa düşə bildim. Pol mövqedə olmaq məni çox sevindirir.

Keçmiş illərdə Sinqapur mənim üçün çox da uğurlu olmayıb, amma bunun səbəbi tamamilə mənim özüm olub. Pol heç nəyi təmin etmir. Əlbəttə, bu üstünlükdür, ümid edirəm ki, liderliyi qoruyacağam, amma Ferstappen startlarda və daxili trayektoriyaya keçidlərdə çox yaxşıdır”

Seçilən
32
90deqiqe.az

1Mənbələr