Misli Premyer Liqasının VII turunda "Sumqayıt" "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç mətbuat konfransında matçı şərh edib:

"Əslində çox çətin oyun oldu. Bu hesabla uduzmağımız artıq idi. O qədər pis oynamadıq. Çətin rəqiblə qarşılaşdıq və çətinliklə üzləşdik. Taktiki gedişdə yox, oyunçuların bəzi məqamlardakı səhvləri oldu. Səhvlərin nəticəsidir, bunun üzərində çalışacağıq. Oyunçularımdan narazı deyiləm, səhvlər üzərində işləməliyik. "Turan Tovuz" kimi komandalara qarşı oynamaq çətindir".