Formula 1-də həyəcan Sinqapurda davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün kvalifikasiya yarışı baş tutub.

"Mersedes"in pilotu Corc Rassell hamıdan sürətli olub.

O, bu mövsüm 2-ci dəfə poula sahib olub.

2-ci yeri "Red Bull"dan Maks Ferstappen, 3-cü yeri isə çempionatın lideri Oskar Piastri tutub.

Əsas yarış sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.