İsrail və HƏMAS ABŞ-nin vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunub ki, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Prezidentin keçmiş müşaviri Cared Kuşnerin də danışıqlara qatılması gözlənilir.