
Bu gün İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, edam İranın Xuzistan əyalətində həyata keçirilib.
“Terrorçular dörd təhlükəsizlik əməkdaşının qətlə yetirilməsi və Xürrəmşəhrdə bombalı hücum təşkil edilməsi də daxil olmaqla bir neçə zorakılıq aktına görə məsuliyyəti öz üzərinə götürüblər”, - agentliyin məlumatında qeyd edilib.