Mahir Emrelinin formasını geydiyi "Kayzerslautern" 2-ci bundesliqada 8-ci tur oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, komanda evdə "Bohum"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 4 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.
Xatırladaq ki, Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta