AZ

“Odlar Yurdu” Boks İdman Klubu daha bir beynəlxalq uğura imza atıb

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu daha bir beynəlxalq turnirdə uğura imza atıb.

Bu barədə verilən məlumata görə, Almaniyanın Saksen-Anhalt federal torpağında boksun 100 illik yubileyinə həsr olunan Olimpiya üslublu beynəlxalq turnirdə iştirak edən klub yarışlara 5 idmançı ilə qatılıb. Klubun üzvləri Angelo Halili (40 kq), Oleksandr Stadnik (52 kq), Dmytro Turkolets (60 kq), Rawesh Zieai (65 kq) və Bleorent Halili (69 kq) bütün döyüşlərdə qalib gələrək turnirin birincisi olub. "Odlar Yurdu"nun idmançılarının peşəkarlığı böyük maraqla izlənib və alqışlarla qarşılanıb.

Klubun rəhbəri, boks üzrə dünya çempionu Azad Əzizov klubun fəaliyyəti və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. O, turnirin keçirildiyi 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını və qazanılan qələbələrin Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə ithaf olunduğunu bildirib.

Mustafa Kamal
XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr