AZ

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov məlumat verib.
Alimin sözlərinə görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb.
"Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb. Yerin geomaqnit vəziyyətində sürətli sabitləşmə müşahidə olunur", - Boqaçev bildirib.
Seçilən
24
17
oxu.az

10Mənbələr