AZ

Xavinin DÇ-2026 favoritləri

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xavi 2026-cı il dünya çempionatı üçün favoritlərini açıqlayıb.

Msport.az xəbər verir ki, o, 2 komandanı fərqləndirib:

“İspaniya artıq sübut edib ki, bacarıqları və gücləri var. Avropa çempionudurlar. Mənim üçün İspaniya yığması Argentina ilə birlikdə qələbəyə əsas namizədlərdir”.

Argentina millisi hazırda dünya çempionu, İspaniya millisi isə Avropa çempionudur.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
15
2
msport.az

3Mənbələr