AZ

Xavinin DÇ-2026 üçün favoritləri

style='margin-bottom:10px;'>

 

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xavi 2026-cı il dünya çempionatı üçün favoritlərini açıqlayıb.

QOL.az bu barədə “Marca”ya istinadən məlumat yayıb.

“İspaniya artıq sübut edib ki, bacarıqları və gücləri var. Avropa çempionudurlar. Mənim üçün İspaniya yığması Argentina ilə birlikdə qələbəyə əsas namizədlərdir”.

Argentina millisi hazırda dünya çempionu, İspaniya millisi isə Avropa çempionudur.

Dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
41
2
teleqraf.com

3Mənbələr