AZ

Zəhra Salmanlı Avropa çempionatının finalına yüksəldi

BAKI, 4 oktyabr. TELEQRAF

Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında tarix yazmaqda davam edir.

Teleqraf xəbər verir ki, 14 yaşlı idmançı Azərbaycan badmintonu tarixində ilk dəfə Avropa çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.

SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Zəhra yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18,21-10) hesabı ilə qalib gələrək qitə çempionatında finala yüksəlib.

Seçilən
26
7
teleqraf.com

9Mənbələr