AZ

İvanişvili: “İnsanlar ağı qaradan seçirlər” VİDEO

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az bildirir ki, seçki məntəqəsində jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən İvanişvili qısa açıqlama verib. “Ümidvaram ki, seçicilər bu gün də fəal olacaq və düzgün seçim edəcəklər. “Gürcü Arzusu” partiyası vətəndaşlara öz iradələrini sərbəst ifadə etmək imkanını təmin edib və hakimiyyətdə olduğu illər ərzində “söz, biznes və həyat tərzi azadlığını” gücləndirib”, - hakim partiyanın fəxri sdəri vurğulayıb.

Gürcüstanda yerli seçkilər keçirilir

Onun sözlərinə görə, “Gürcü arzusu” hakimiyyətdə olduğu 13 il ərzində mühüm nəticələr əldə edib və onun əsas nailiyyəti cəmiyyətin “düzgün nəticə çıxarmağı öyrənməsi” dir. - Cəmiyyət doğru ilə yalanı ayırmağı öyrənib”, - İvanişvili deyib. Xatırladaq ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Müxalif partiyaların əksəriyyəti bu seçkilərə qarşı boykot elan edib.

pic.twitter.com/xvvpoVRYh4

— Newsfeed (@Newsfeed883920) October 4, 2025

Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azvision.az

2Mənbələr