AZ

İtkin düşən 5 nəfər tapıldı

BAKI, 4 oktyabr. TELEQRAF

Daxil olmuş müraciətlər əsasında itkin düşən şəxslərin tapılması istiqamətində daxili işlər orqanlarında tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, oktyabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
51
4
teleqraf.com

10Mənbələr