AZ

“Zirə”-“Neftçi” matçında bərabərlik - VİDEO

Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Zirə” ilə “Neftçi” arasında keçirilib.

Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Daha öncə “Araz-Naxçıvan”

“İmişli”ni 2:0 hesabıyla məğlub edib. “Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Turan Tovuz” oyunları sabah, “Karvan” – “Sabah” və “Qəbələ” – “Şamaxı” matçları oktybarın 5-də keçiriləcək.
Misli Premyer Liqası

7-ci tur

3 oktyabr

“Zirə” – “Neftçi” 2:2

Qollar: Georgi Papunaşvili, 28. Ruan Renato, 90+8-pen – Freddi Varqas, 66. Bassala Sambu, 87.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.

Zirə İdman Kompleksinin stadionu, 19:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 5. İqor Ribeyro, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.

Baş məşqçi: Samir Abasov.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
12
2
bizim.media

10Mənbələr