AZ

16 yaşlı futbolçu top-klubların hədəfində

"Tijuana"nın  yarımmüdafiəçisi Xilberto Mora karyerasını Avropada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, o, top-klubların maraq dairəsinə düşüb.“Real”, “Barselona”, “Arsenal” və “Mançester Siti” klubları 16 yaşlı futbolçunu yaxından izləyir.

“Real” və “Barselona” skoutlarını Meksikaya göndərərək futbolçunun oyununu diqqətlə izləyiblər.

Cari mövsümdə Mora bütün turnirlər üzrə 11 oyunda iştirak edərək 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, oyunçunun bazar dəyəri 4,5 milyon avro təşkil edir.

16 yaşlı futbolçu Meksika milli komandasında da 3 oyun keçirərək bir assist edib.

Seçilən
26
90deqiqe.az

1Mənbələr