AZ

Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub - səfir

Bakı. Trend:

Almaniya ilə Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq vədialoqun yeni səviyyəsinə yüksəlib.

Trend-inməlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri RalfHörlemann Bakıda keçirilən qəbulda çıxışı zamanı bildirib.

Diplomat xatırladıb ki, bu ilin aprelində Almaniyanın FederalPrezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib.Bu, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonraAlmaniya Prezidentinin ölkəyə ilk səfəri olub.

“Bu tarixi hadisə ikitərəfli münasibətlərimizin inkişafındamühüm mərhələ oldu”, – deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, ötən il ölkələr arasında iqtisadi əlaqələrxüsusilə dinamik inkişaf edib və bu proses ticarət-iqtisadi vəinvestisiya əməkdaşlığının genişləndirilməsi üzrə birgə yolxəritəsinə əsaslanıb.

“Bu sənəd enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digərsahələrdə daha fəal əməkdaşlıq üçün möhkəm baza yaradıb”, –Hörlemann qeyd edib.

Səfir həmçinin bildirib ki, artıq konkret layihələr icraolunmağa başlayıb. Onların arasında Almaniyanın MAN şirkətitərəfindən Azərbaycanda elektrik avtobuslarının yığılması zavodununinşası xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, Almaniyanın SEFEşirkəti ilə Azərbaycanın SOCAR arasında bu il imzalanmış qazmüqaviləsi də mühüm addım kimi dəyərləndirilib. Müqaviləyə əsasən,növbəti on il ərzində Avropa istehlakçılarına hər il 1,5 milyardkubmetr qaz tədarük olunacaq.

Seçilən
42
1
az.trend.az

2Mənbələr