AZ

İnfarktın gözlənilməzəlamətləri

Kardioloq professor Raşa əl-Lami infarkt və insultun erkən, gözlənilməz əlamətlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mail" yayıb.

Həkim ilk narahatedici əlamət kimi diş əti xəstəliklərini göstərib. Onun sözlərinə görə, ağız boşluğu xəstəliklərinin orqanizmə niyə bu qədər dağıdıcı təsir göstərdiyi tam aydın olmasa da, sübut olunub ki, onlar ikinci tip şəkərli diabet riskini 67 faiz artırır. Bu isə öz növbəsində infarkt və ya insultu tətikləyə bilər.

Kardioloqun sözlərinə görə, yaxınlaşan ürək tutmasının digər mümkün əlaməti isə impotensiyadır. Ereksiya problemləri bəzən aterosklerozun ilk simptomu ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
89
1
redaktor.az

2Mənbələr