AZ

Rasim Məmmədov: “Həbs edilməmişəm”

"Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, o, baş verənlərlə bağlı araşdırma aparıldığını bildirib.

 

“Araşdırmaların nəticəsindən məlum olacaq ki, kimlər səhvlərə yol veriblər, günahkardırlar. Sabitlik və İnkişaf Mərkəzində medal təsisi, təltifi olmayıb. Bəzi medallardan bizim üzvlərimizə, rəhbərliyə verilməyib. Verilsə də, imtina etmişik, çünki rəsmi tanımamışıq. Saxlanılmağımız, həbsimizlə bağlı deyilənlər doğru deyil. İstintaq davam etdirilir, yaxın günlərdə hər şey öz yerini tapacaq, - o qeyd edib.

 

 

Xatırlatma: Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan - “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov istintaqa cəlb ediliblər. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix: 3 Oktyabr 2025, 19:44   
Seçilən
24
pravda.az

1Mənbələr