AZ

Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”

style='margin-bottom:10px;'>

İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel bu ay üçün açıqlanan heyətə daxil edilməyən Cud Bellinqem, Fil Foden və Cek Qriliş barədə danışıb. Alman mütəxəssis oyunçularla şəxsi problem yaşamadığını vurğulayıb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Tuhel mövzu ilə bağlı mətbuat konfransında bunları deyib:

“Bellinqemlə aramda heç bir problem yoxdur. Eyni sözlər Foden və Qriliş üçün də keçərlidir. Fil son zamanlar “Mançester Siti”nin əsas oyunçularından birinə çevrilib. Qriliş də formadan düşsə də, yavaş-yavaş əvvəlki səviyyəsinə qayıdır”.

Baş məşqçi bildirib ki, əvvəlki toplanışda komanda yüksək performans göstərdiyi üçün heyəti sabit saxlamağı üstün tutub:

“Son toplanışda komanda çox yaxşı təsir bağışladı. Bu səbəbdən dəyişiklik etmədik. Amma bu, kənarda qalan futbolçuların gələcəkdə milliyə dönməyəcəyi anlamına gəlmir. Sadəcə, daha çox səy göstərməlidirlər”.

Qeyd edək ki, İngiltərə millisi oktyabrda əvvəlcə Uelslə yoldaşlıq görüşü keçirəcək, ardınca isə Latviya ilə dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcək.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr