2025-ci ilin ilk 6 ayı ərzində bank sektoru üzrə 56.7 mln. manat məbləğində silinmə baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Qeyd edilir ki, silinmələr əsasən istehlak portfeli üzrə olub.
Belə ki, dövr ərzində silinmələrin 61.1%-i (34.61 mln. manat) istehlak portfeli üzrə, 38.8%-i (22 mln. manat) isə biznes portfeli üzrə qeydə alınıb.