AZ

Qəzzadan sonra Rusiya ilə məşğul olacağam

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında sülhə nail olacağını, daha sonra Rusiya-Ukrayna müharibəsinə son qoyacağını bəyan edib.

Publika.az xəbər verir ki, “One America News Network”ə müsahibə verən Tramp cari hadisələrlə bağlı qiymətləndirmələr edib.

"Təxminən 3 min ildən sonra Yaxın Şərqdəki məsələ həll olunacaq kimi görünür. Biz yalnız Qəzza məsələsində deyil, daha çox şeyə nail olacağıq. Bu, möhtəşəm nailiyyət olacaq", - deyə o qeyd edib.

İkinci dəfə vəzifəyə gəldikdən sonra yeddi müharibəni bitirdiyini təkrarlayan Tramp bu rəqəmin tezliklə 8-ə yüksələcəyini iddia edib. Qeyd edib ki, Tramp Qəzzadan sonra Rusiya məsələsi ilə də məşğul olacaq.

Seçilən
18
publika.az

1Mənbələr