Türkiyə milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi Bolqarıstan və Gürcüstan oyunları üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Vinçentso Montella bu qarşılaşmalar üçün 27 futbolçuya dəvət göndərib:

Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Berke Özer ("Lill"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Qalatasaray")

Müdafiəçilər: Abdülkerim Bardakçı, Eren Elmalı (ikisi də "Qalatasaray"), Çağlar Söyüncü, Mert Müldür (hər ikisi "Fənərbağça"), Ferdi Kadıoğlu ("Brayton"), Merih Demiral ("Əl-İttihad"), Samet Akaydın ("Rizespor"), Yusuf Akçiçek ("Əl-Hilal"), Zeki Çelik ("Roma")

Yarımmüdafiəçilər: Atakan Karazor ("Ştutqart"), Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek ("Fənərbağça"), Orkun Kökçü  ("Beşiktaş"), Salih Özcan ("B.Dortmund")

Hücumçular: Arda Güler ("Real Madrid"), Kenan Yıldız ("Yuventus"), Barış Alper Yılmaz, Yunus Akgün (ikisi də "Qalatasaray"), Can Uzun ("Ayntraxt"), Deniz Gül ("Portu"), İrfan Can Kahveci, Kerem Aktürkoğlu, Oğuz Aydın (üçü də "Fənərbağça").