AZ

“Aqrolizinq”in anbarları Sərdar Hacıyev tərəfindən icarəyə götürülür? - Rəsmi açıqlama

Regionlarda yaşayan vətəndaşlar tərəfindən redaksiyamıza şikayətlər daxil olub. Vətəndaşlar iddia edir ki, Aqrar Xidmətlər Agentliyinin rəhbəri, nazir Məcnun Məmmədovun yaxın dostu Sərdar Hacıyev "Aqrolizinq" ASC-nin anbarlarını ona məxsus olduğu deyilən şirkətlər tərəfindən icarəyə götürərək orada taxıl depolayır. O, bir müddət sonra taxıl azlığı səbəbindən qiymət artımı baş verdikdə həmin “taxıl azuqəsi”ni satışa çıxarır.


İddialarla bağlı Manset.az Kənd Təsərrüfatı Nazirliyi nəznində olan Aqrar Xidmətlər Agentliyinə müraciət edib. Qurumun mətbuat xidmətindən verilən məlumatda sözügedən iddiaların əsassız olduğu bildirilib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, deputat Razi Nurullayev isə iddialarla bağlı bu sözləri deyib:


“Bizim tərəfimizdən də hər hansı addımın atılması üçün bizə müraciət olunmalıdır. Həmin sahibkarlar Aqrar Siyasət Komitənin sədr müavini kimi elə birbaşa mənə müraciət etsinlər və biz bu məsələ ilə bağlı müəyyən araşdırmalar aparaq, görüşlər keçirək, danışaq və nə etmək lazımdırsa, onlara deyək. Həmçinin özümüz də bundan sonra məsələ ilə bağlı lazım olan addımları ataq”.

Seçilən
34
manset.az

1Mənbələr