AZ

III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazandı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qadınlar arasında qılıncoynatma üzrə yarışlar davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb. 

Şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya məğlub olub. Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
 

Seçilən
66
fanat.az

1Mənbələr