ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu və məşqçisi, 98 yaşlı Nikita Simonyan Ukraynanın "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Oxu.Az-ın "Championat.com" nəşrinə istinadən xəbərinə görə, bu barədə portalda yerləşdirilən məlumatlar göstərir.
Qeyd edilir ki, Nikita Simonyan, həmçinin Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti olub.
Bildirək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.