AZ

Oksford Universitetinin tələbəsi ASAN təcrübəsindən yazıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Oxford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin bloqunda ölkəmizin “ASAN xidmət” təcrübəsinə həsr olunmuş məqalə dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məqalə Dövlət Agentliyi ilə Oksford Universiteti arasında qurulmuş əməkdaşlıq çərçivəsində “ASAN xidmət”də təşkil olunmuş Yay Təcrübə Proqramında iştirak etmiş Oksford Universitetinin tələbəsi tərəfindən hazırlanıb.

Məqalədə qeyd olunub ki, “ASAN xidmət” mərkəzləri müxtəlif dövlət qurumlarının xidmətlərini bir araya toplayaraq vahid məkan prinsipi əsasında vətəndaşların dövlət xidmətlərinə rahat çıxışını təmin edir.

Eyni zamanda, məqalədə ASAN təcrübəsinin ölkədə dövlət xidmətlərində innovativ həllərin tətbiqini genişləndirdiyi, eləcə də müvafiq sahə üzrə şəffaflığı təmin etdiyi bildirilib. Bununla yanaşı, bu model dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirmək baxımından da əhəmiyyətli təcrübə kimi dəyərləndirilib.

Məqalə ilə linkdə tanış olmaq mümkündür.

Seçilən
29
8
azertag.az

9Mənbələr