AZ

Rusiya Ukraynanın nəhəng neft-qaz şirkətini belə vurdu

Oktyabrın 3-nə keçən gecə Rusiyanın “DTEK Naftoqaz” obyektlərinə hücumu nəticəsində Poltava vilayətində bir neçə qaz hasilatı obyekti bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

“Dünən gecə düşmən növbəti dəfə pilotsuz təyyarələr və raketlərlə “DTEK Naftoqaz” şirkətinin enerji infrastrukturuna hücum edib”, - deyə məlumatda bildirilir.

Şirkətin qeyd etdiyi kimi, Rusiyanın hücumu Poltava vilayətində bir neçə qaz hasilatı obyektinin bağlanması ilə nəticələnib.

Xatırladaq ki, oktyabrın 2-dən 3-dək Rusiya Ukrayna ərazisinə növbəti birləşmiş zərbələr endirib. Partlayışlar Poltava, Dnepr, Odessa və bir sıra digər bölgələrdə baş verib.

Seçilən
40
publika.az

1Mənbələr