"Azərbaycan tarixində unudulmaz günlərdən biri 1993-cü il oktyabrın 3-dür. Həmin gün xalqımız taleyini və dövlətçiliyini xilas etmək üçün tarixi qərar verdi".
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib. Onun sözlərnə görə, ölkə 1990-cı illərin əvvəllərində ağır sınaqlarla üz-üzə idi. Ermənistanın hərbi təcavüzü və daxili siyasi böhran Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:
"Bu vəziyyətdə xalqın xilası üçün güclü lider – Heydər Əliyev lazım idi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Prezident seçildi. Onun uzaqgörən siyasəti ölkədə sabitliyi bərpa etdi, iqtisadi inkişafı təmin etdi və Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bugünkü güclü Azərbaycan isə məhz Ulu Öndərin siyasi kursunun nəticəsidir".