AZ

ABŞ ildə 1 trilyon dollar gəlir əldə edəcək - Tramp AÇIQLADI

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun tətbiq etdiyi yeni idxal rüsumları ölkəyə ildə 1 trilyon dollardan çox gəlir gətirə bilər.

Musavat.com-un məlumatına görə, “One America News” telekanalına müsahibəsində Tramp qeyd edib ki, bu tariflərdən gəlirlər artıq daxil olmağa başlayıb və yaxın zamanda illik gəlirin 1 trilyon dollara çatacağı gözlənilir.

Xatırladaq ki, ötən ay BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Tramp ABŞ-nin ədalətlilik və qarşılıqlılıq prinsiplərinə riayət olunmaq şərti ilə bütün ölkələrlə ticarət aparmağa hazır olduğunu bəyan etmişdi.

Prezidentin sözlərinə görə, administrasiyanın tətbiq etdiyi rüsumlar qoruyucu mexanizm xarakteri daşıyır və ABŞ iqtisadiyyatını gücləndirməyə xidmət edir.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr