AZ

Tramp ABŞ-nin narkokartellər ilə silahlı münaqişə vəziyyətində olduğunu bəyan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp ölkənin narkokartellər ilə silahlı münaqişə vəziyyətində olduğunu elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri ABŞ liderinin Konqresə bildirişinə istinadən yazıb.
Tramp bəyan edib ki, kartel nümayəndələrinin hərəkətləri ABŞ-yə silahlı hücum, qaçaqmalçılar isə qeyri-qanuni döyüşçülər kimi qiymətləndiriləcək.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri artıq Karib dənizindəki beynəlxalq sularda Venesueladan narkotik daşıdığı iddia edilən, ümumilikdə, 14 ekipaj üzvünə malik ən azı iki sürətli qayığı məhv edib. Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Donald Tramp bəyan edib ki, ABŞ Venesuelanın narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmilərinə zərbələr endirməyə davam edəcək.
Seçilən
42
50
oxu.az

10Mənbələr