AZ

“David Raya ‘Arsenal’ üçün əvəzolunmaz qapıçıdır”

İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager “Arsenal” klubunun qapıçısı David Rayanı yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, "CBS Sports" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Mən hesab edirəm ki, o, möhtəşəm qapıçıdır. Bu, ‘Arsenal’ın etdiyi ən vacib transferlərdən biridir. O, şübhəsiz ki, dünyanın ən yaxşı qapıçılarından biridir və məhz buna görə də tez-tez “sıfır” saxlayır”.

İspan qapıçı 2024-cü ilin yayında “Arsenal”a transfer olunub. “Topçular”ın formasında Raya 104 oyunda iştirak edib və onlardan 44-də qapısını toxunulmaz saxlayıb.

Hazırda “Arsenal” 13 xalla İngiltərə çempionatının turnir cədvəlində altı turdan sonra ikinci pillədə qərarlaşıb.

Seçilən
56
90deqiqe.az

1Mənbələr