AZ

Deputat məktəbli avtobuslarının baha olmasından DANIŞDI

“Bu məsələ uzun müddətdir müzakirə olunur. Valideynlərin öz avtomobilləri ilə şagirdləri məktəbə gətirməsi problemlər yaradırdı. Görünən odur ki, Elm və Təhsil Nazirliyi belə bir təşəbbüsə başlayıb və bu təşəbbüs alqışlanmalıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, ola bilər qiymətlər yüksəkdir, nəzərə almalıyıq ki, burada daşıyıcı tərəfin də xərcləri var:

“Qarşı tərəf də vətəndaşların, valideynlərin təkliflərini nəzərə almağa çalışmalıdır. Təbii ki, valideynlərin də xərcləri var, görsələr ki, bu avtobuslar baha başa gəlir, imtina edərək avtomobillərə qayıdacaqlar. Çox yaxşı layihədir, qiymətlərin uyğun olması üçün də qarşı tərəf addım atmalıdır”.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr