Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, ola bilər qiymətlər yüksəkdir, nəzərə almalıyıq ki, burada daşıyıcı tərəfin də xərcləri var:
“Qarşı tərəf də vətəndaşların, valideynlərin təkliflərini nəzərə almağa çalışmalıdır. Təbii ki, valideynlərin də xərcləri var, görsələr ki, bu avtobuslar baha başa gəlir, imtina edərək avtomobillərə qayıdacaqlar. Çox yaxşı layihədir, qiymətlərin uyğun olması üçün də qarşı tərəf addım atmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az