AZ

Azərbaycanda satılan bu iki məşhur çaylarda təhlükəli maddələr var? – Araşdırılma başladı 

 

Mətbuatda Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə bağlı məlumatlar yayılıb.

NOCOMMENT.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizə idxal olunan həmin çay brendlərindən – “Greenfield” və “Tess” çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Məlumata görə, yoxlamalar riskəsaslı yanaşma əsasında həyata keçirilir və araşdırmalar hazırda davam etdirilir.

Agentlik bildirib ki, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
50
nocomment.az

1Mənbələr