AZ

“ChatGPT”nindəyəri 500 milyard dollara çatdı

BAKI, 2 oktyabr. TELEQRAF

“ChatGPT”nin yaradıcı şirkəti “OpenAI”ın dəyəri6,6 milyard dollarlıq səhmlərin satışı ilə 500 milyard dollara yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbəyə istinadən yazıb.

Məlumata görə, razılaşma çərçivəsində “OpenAI” əməkdaşları səhmlərini “Thrive Capital”, “SoftBank”, “Dragoneer Investment Group”, Əbu-Dabidə yerləşən MGX və “T. Rowe Price”dan ibarət investor konsorsiumuna satıblar.

Mənbə əlavə edib ki, şirkət təkrar bazarda 10 milyard dollardan çox səhmin satışına icazə verib.

Qeyd edək ki, “OpenAI”ın əvvəlki dəyəri 300 milyard dollar olub. Şirkət 2025-ci ilin ilk yarısında təxminən 4,3 milyard dollar gəlir əldə edib.

Seçilən
42
6
teleqraf.com

7Mənbələr