AZ

AMB sədri Zakir Nuriyevi 65 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyevi qəbul edib.Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, görüşdə baş bankir Z.Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələri yüksək qiymətləndirib.T.Kazımov qeyd edib ki, Z.Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Z.Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.

Z.Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Seçilən
35
4
metbuat.az

5Mənbələr