AZ

“Mikrobioloji laboratoriyadan klinikaya uzanan yol” konfransı

1 oktyabr  2025-ci il tarixində Mikrobiologiya Cəmiyyətinin,  “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” və “Medical Media”nın təşkilatçılığı ilə ““Mikrobioloji laboratoriyadan klinikaya uzanan yol” mövzusunda KONFRANS baş tutub.

Konfransda 100-ə yaxın mikrobioloq, həkim-laborant, infeksionist, terapevt, nevroloq, neyrocərrah, radioloq, terapevt və rezidentlər iştirak üçün qeydiyyatdan keçib.

Konfrans həm “oflayn”  həm də“onlayn” formada həyata keçirilib.

“Mikrobioloji laboratoriyadan klinikaya uzanan yol”   konfransının Moderatoru İnfeksionist Dr. Vasif Əliyev olub.

Prof. Dr. Klinik-Mikrabioloq Onur Karatuna, Prof. Dr. Yeliz Tanrıverdi Çaycı, T.Ü.F.D Dr.Qumral Vəliyeva,Həkim Mikrabioloq Lalə Vəliyeva, Həkim Mikrabioloq Məhbubə Səfərova, Klinik- Mikrabioloq Dr.Sədinə Tağıyeva da mövzuya aid çıxışlar ediblər.

Daha sonra mütəxəssislər konfransa qoşulan həkim və reazidentlərin əyani və “onlayn” suallarını cavablayıblar.

Mütəxəssislər 5 DTT kredit balı və sertifikat əldə edib.

Seçilən
42
medicalmedia.az

1Mənbələr