AZ

Mançesterdə sinaqoqa hücum: ölən və yaralananlar var YENİLƏNİB

İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum nəticəsində ölən və yaralananlar var.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Mançester Polisi hadisə nəticəsində iki nəfərin öldüyünü bildirib. Hücumda şübhəli bilinən üçüncü şəxs isə polis tərəfindən güllələnib və onun da öldüyü güman edilir. Daha üç nəfər ictimaiyyət üzvü isə ağır vəziyyətdədir.

Polis əvvəlki açıqlamasında xəsarətlərin həm avtomobilin vurması, həm də bıçaqlanma nəticəsində yarandığını qeyd edib. Hadisə ilə bağlı araşdırma davam etdirilir. Böyük Mançesterin meri Endi Börnhem baş verənləri ciddi insident adlandırıb.

Baş nazir Kir Starmer isə hücumun yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda baş verməsini xüsusilə dəhşətli adlandırıb. O, bu səbəbdən Danimarkaya səfərini yarımçıq dayandıraraq Londonda təcili “Cobra” toplantısına sədrlik edəcək.

14:56

İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hücum edən şəxs polis tərəfindən güllələnib. Onun vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib. Böyük Mançesterin meri Endi Börnhem baş verənləri ciddi insident adlandırıb.

Baş nazir Kir Starmer isə hücumun yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda baş verməsini xüsusilə dəhşətli adlandırıb. O, bu səbəbdən Danimarkaya səfərini yarımçıq dayandıraraq Londonda təcili “Cobra” toplantısına sədrlik edəcək.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı təsdiqlənib.

Seçilən
45
6
azerbaijan-news.az

7Mənbələr