AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

BAKI, 2 okrtyabr. TELEQRAF

Oktyabrın 10-da Yevlaxrayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı xəsarətlərsəbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf-a Yevlax rayon prokurorluğunun məlumat verilib.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadəninrayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Baxşalızadəpolis əməkdaşları tərəfindənsaxlanılaraqistintaqa təhvil verilibvə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
76
12
teleqraf.com

10Mənbələr